Yunanıstanın bəzi yerlərində dikdaban ayaqqabı geyinmək qadağandır - SƏBƏB
08 oktyabr 2024 00:24 (UTC +04:00)

Yunanıstanın bəzi yerlərində dikdaban ayaqqabı geyinmək qadağandır - SƏBƏB

Yunanıstanın tarixi ərazilərində hündürdaban ayaqqabı geyinmək qadağandır.

Lent.az xəbər verir ki, əsasən də xaricdən gələn və bu qadağadan xəbəri olmayan turistlər bəzən hündürdaban ayaqqabı ilə bağlı bu qadağanı təəccüblə qarşılayırlar. 

Yunanıstanda Akropol, Parthenon kimi bəzi tarixi və arxeoloji yerlərdə hündürdaban ayaqqabı geyinmək qadağandır.

Bu qadağanın məqsədi isə tarixi izləri qorumaqdır. Çünki bu cür ayaqqabılar qədim tikililərin zərif səthlərinə zərər verə bilər.  Xüsusilə mərmər döşəmələr hündürdaban ayaqqabıların təzyiqindən cızıla və ya qırıla bilər.

Buna görə də turistlərdən bu sahələri qorumaq üçün düz dabanlı ayaqqabı geyinmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336
avatar

Oxşar yazılar