“Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat hədiyyə edib
07 oktyabr 2024 14:57 (UTC +04:00)

“Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat hədiyyə edib

30 ildən çoxdur fəaliyyət göstərən, ölkə iqtisadiyyatının, xüsusilə də qida sənayesinin inkişafına böyük töhfə verən “Azərsun Holdinq” hər zaman həyata keçirdiyi sosial layihələr ilə seçilib. Azərbaycanın tarixinə, ənənələrinə xüsusi həssaslıqla yanaşan şirkətlər qrupu ənənəsinə sadiq qalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl şəhərinə qayıdan ilk 130 ailəni təbrik edən “Azərsun Holdinq” sovqat hədiyyə edib.

Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir. Bunun nəticəsidir ki, noyabrda ölkəmizdə keçiriləcək dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar