Bələdiyyə sədrinin başı kəsilmiş meyiti  tapıldı
07 oktyabr 2024 19:08 (UTC +04:00)

Bələdiyyə sədrinin başı kəsilmiş meyiti tapıldı

Meksikanın cənubundakı Qerrero əyalətinin paytaxtı Çilpansinqo şəhərinin meri Alexandro Arkos Katalan vəzifəyə gəldikdən 6 gün sonra başı kəsilmiş halda maşının damında tapılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ştatın Baş Prokurorluğu Çilpansinqoda baş verən qətli törədən şəxs və ya şəxslərə qarşı istintaq başlatdığını açıqlayıb.

Hadisə Çilpansinqo Şəhər Şurasının baş katibi Fransisko Qonzalo Tapia Qutierrezin vəzifəyə gəlişindən üç gün sonra güllələnərək öldürüldükdən bir neçə gün sonra baş verib.

Katalan vəzifəyə gəldikdən sonra əsas öhdəliyinin "bələdiyyədə sülh və təhlükəsizliyi təmin etmək" olduğunu və bunu "Meksika ordusu ilə əl-ələ verərək" edəcəyini bildirib.

Querrero ştatında və paytaxt Çilpansinqoda cinayət zorakılığı son illərdə mütəşəkkil cinayətkar qruplar arasında narkotiklərin qanunsuz dövriyyəsi, qəsb və digər cinayətlərə ərazi nəzarəti üzərində davamlı mübahisələr səbəbindən artmaqdadır.

Querrero, Sakit okean sahilində strateji yerləşmə mövqeyinə görə narkotik kartellərinin zorakılığından ən çox təsirlənən Meksika ştatlarından biridir.

Meksikada hökumətin 2006-cı ildə narkotik ticarəti ilə mübarizəyə hərbçiləri cəlb etməsindən bəri 450 mindən çox insan öldürülüb, on minlərlə insan itkin düşüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960
avatar

Oxşar yazılar