“Instagram”ın 14 yaşı var - Haqqında nə bilirik?
08 oktyabr 2024 05:36 (UTC +04:00)

“Instagram”ın 14 yaşı var - Haqqında nə bilirik?

 

Aylıq 2 milyard aktiv istifadəçi sayına çatan və siyasi məzmun məhdudiyyətləri və iddiaları ilə gündəmdə olan “Instagram” sosial media platforması 14 ildir dünyada ən çox danışılan tətbiqlər sırasındadır.

Lent.az xəbər verir ki, 6 oktyabr 2010-cu ildə qurulan Instagram, dünyada ən çox istifadə edilən sosial media platformalarından biridir.

“Instagram” 6 oktyabr 2010-cu ildə Mike Krieger və Kevin Systrom tərəfindən təsis edilib. Tətbiq ilk gündə 25 min istifadəçi tərəfindən endirilib və 3 aydan az müddətdə 1 milyon istifadəçiyə çatıb.

Foto və video paylaşma platforması 2012-ci ildə Apple tərəfindən “ilin tətbiqi” seçilib və həmin il tətbiqin Android versiyası da buraxılıb. “Instagram”, təsis olunduqdan 18 ay sonra “Facebook” tərəfindən təxminən 1 milyard dollara alınıb.

2013-cü ildə reklam sponsorlu foto və video paylaşma prosesi praktiki olaraq başlasa da, 2016-cı ildə reklam gəlirləri 3 milyard dollara çatıb.

“İnstaqram”ın brend dəyərinin 70 milyard dollar olduğu təxmin edilir. ABŞ-da Nasdaq indeksində ticarət edilən “Meta”nın bazar dəyəri 1,4 trilyon dollardan çoxdur.

Son illərdə reklam dəyəri ilə də seçilən “Instagram”ın təkcə 2023-cü ilin ilk yarısında moda, həyat tərzi və gözəllik markaları üçün 16,9 milyard dollarlıq media təsir dəyəri yaradacağı təxmin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2850
avatar

Oxşar yazılar