Dünyanın ən yaşlı iti ABŞ-ın Cənubi Karolina ştatında 22 yaşında ölüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Pebbles adlı it 2000-ci il martın 28-də Nyu-Yorkun Long Island şəhərində anadan olub.
O 16 yaşında dünyasını dəyişən Rokki adlı itdən 32 bala dünyaya gətirib.
Sahibləri Pebblesin bu qədər uzunömürlü olmasının sirrini ona göstərilən sevgi və qayğının olduğunu bildiriblər. Onların sözlərinə görə, 2012-ci ildən it pişik yemi ilə qidalanıb.
Bununla yanaşı, onun qidalanması balanslaşdırılmış pəhrizlə tətbiq olunub.
Qeyd edək ki, Pebbles Ginnesin Rekordlar Kitabına düşüb.