Dünyanın ən varlı 500 insanının ümumi varidatı 1,8 trilyon dollar artıb.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, dünyanın ən varlıları yeni növ koronavirusun (COVID-19) kölkəsində belə varidatlarını artıra biliblər.
2021-ci ilin ilk günündə açıqlanan siyahıya görə, epidemiyaya baxmayaraq, 2020-ci ildə milyarderlər siyahısına daxil olanların büdcə artımı 31 faiz çoxalıb. Bu göstərici 8 ildəki indeks tarixində ən yüksək artımdır.
İlk 5 adın 100 milyard dollardan çox sərvətə sahib olduğu siyahıda “Amazon” kompaniyasının rəhbəri Ceff Bezos 190, “Tesla” və “Space X” kimi şirkətlərinin təsisçisi İlon Mask (Elon Musk) 170, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts 132, fransız iş adamı Birnard Arnault 114 və "Facebook"un qurucusu Mark Zukerberq isə 104 milyard dollarlıq sərvətə sahibdir.
Siyahının ilk 10 yerini tutanlardan 8-nin texnologiya şirkətlərinə sahib olması diqqət çəkir. Bezos ilə Maskın son 12 aylıq dövrdə sərvətlərinə cəmi 217 milyard əlavə etdikləri də müşahidə olunur.