Keçmiş model Annet Edvards və dünyanın ən böyük dovşanı Dara
21 aprel 2021 04:22 (UTC +04:00)

Keçmiş model Annet Edvards və dünyanın ən böyük dovşanı Dara

Dünyanın ən böyük dovşanı qaçırıldı-Tapana mükafat vəd edilib

İngiltərənin Vusterşir bölgəsindəki Stulton şəhərində dara adlı dovşan kimliyi məlum olmayan şəxs tərəfindən qaçırılıb.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, 129 santimetr boyu ilə dünyanın ən böyük dovşanı olaraq 2010-cu ildə Ginnes (Guinness) rekordlar kitabına düşən 10 yaşlı Dara keçmiş model Annet Edvardsin evinin bağçasından oğurlanıb.

Model sevimli dovşanının oğurlandığını “twitter”də paylaşaraq insanlara səslənib: “Çox kədərliyik. Daranı gətirənə 1000 sterlinq pul mükafatı verəcəyəm. Xahiş edirəm, onu geri gətirin. O yenidən bala vermək üçün onsuz da çox yaşlıdır. Ətrafda çox paxıl adam var. Bunun arxasında kimin olduğuna dair şübhələrim var. Əvvəldən məlumatı olan biridir. Oğrular hasarın üzərindən keçib Daranı böyük yuvasından çıxararaq aparıblar. Yerini dəyişirdik ki, oğrular onu tapa bilməsin, amma biri nə etdiyini bilmiş. Dovşanım sifarişlə oğurlanıb". 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar