Dünyanın ən bahalı otelləri: Bir gecəlik qiymət sizi  HEYRƏTLƏNDİRƏCƏK   -  SİYAHI
15 may 2021 18:53 (UTC +04:00)

Dünyanın ən bahalı otelləri: Bir gecəlik qiymət sizi HEYRƏTLƏNDİRƏCƏK - SİYAHI

Gecəni belə bir oteldə keçirmək ən imkanlı turistin belə büdcəsinə zərbə vurur. Adi insanlar isə nə belə bir tətilə pul yığa bilər, nə də xəyal edə bilər.

Lent.az dünyanın ən bahalı otellərini təqdim edir:

1. Burc əl-Ərəb – Dubayda lüks yeddi ulduzlu otel

Bu yelkənli bina bütün turistləri heyran edir. Otel 1999-cu ildə tikilib. Bir nömrəsinin maksimum sahəsi 780 kvadrat metr, minimum sahəsi 169 kvadrat metrdir. Bütün otaqlar qızıl yarpaqla bəzədilib, hər yerdə krallıq lüksü hökm sürür. Bu oteldə qalmağın gecəsi 23.000 dollara başa gəlir. Qiymətin baha olmasına baxmayaraq otaqlar boş deyil.

2. Ritz-Carlton – Tokioda az populyar deyil

 

Bu otel ən yüksək göydələnlərdən birində yerləşir. Hər lüks nömrəsində 10 qonaq üçün xüsusi yemək otağı var. Bir gecə qalmaq üçün 25 min dollar ödəmək lazımdır.

3. Nyu-Yorkdakı Plaz otel  turistlərə Beşinci prospekt küçəsinə baxan ən bahalı otaqlarını təklif edir

Lüks otaqların hətta şəxsi kitabxanası da var. Burada bir gecə qalmaq 30 min dollardır. 

4. Laucala Island Resort Fici adasında yerləşir

Ən bahalı otaq sifariş etmək üçün bir sifarş verməli və 35 min dollar ödəməlisiniz. Otelin sahibi qiymətin baha olduğunu bilir, həmin qiymətə şampan, massaj və hovuz daxildir.

5. B Palms Casino Resort – dincələnənlərə cansıxıcı olmayacaq

Çünki bu otel Las-Veqasdadır – dünya əyləncə mərkəzidir. Oteldə Madonnanın hitlərini buraxdığı xüsusi bir səsyazma studiyası var. İki mərtəbəsi lüks otaqlardır və bir gecəsinin qiyməti 40 min dollardır. Bura uşaq xidməti də daxildir. 

6. Nyu-Yorkdakı “4 fəsil” oteli - bu, Manhattana baxan nəhəng bir şüşə çardaqdır

Turistlərin istifadəsində yapon ipəyi ilə yataq otağı və sürücüsü olan “Rolls-Royce” də olacaq. Belə zövqlü istirahətin qiyməti 45 min dollardır.

7. “Grand Martinez”də (Fransa) lüks nömrə sənətsevərlərin zövqünə görədir

Divarlarda məşhur sənətkarların rəsm nüsxələri asılıb. Bu oteldə qaldıqdan  sonra güc və ilham dalğası hiss edə bilərsiniz. Nömrənin qiyməti 52 min dollardan başlayır.

8. Varlı olmayan Hindistanda dəbdəbəli Rac Palas oteli var

Lüks xidmətdə öz teatr və astrologiya otağı var. Ayrı-ayrı aşbazlar komandası əziz qonaqlara xidmət edəcəkdir. Belə bir ləzzət üçün bir gecəyə 60 min dollar ödəməlisiniz.

9. Grand Resort Lagonissi - Yunanıstanda zövqlü istirahətiniz üçün ucuz otel deyil

Lüks nömrələrdə hovuz və sauna var. Bir gecəliyi 75 min dollardır. 

10. Hotel President Wilson – dünyanın ən bahalı otelidir

O, İsveçrədə tikilib və ən qəşəng otaqlara malikdir. Lüks nömrəsi bütün penthausu tutur. Məşhurlar və kral ailələrin rahatlıq və təhlükəsizlik səviyyəsinə görə orada qalmağı sevirlər.

Bir nömrənin qiyməti 89 min dollardır. Buraya daxildir: uşaq xidməti, şəxsi köməkçi, maşın sürücüsü ilə və İsveçrə Alplarının görünüşü.

Qiymətin bahalığına baxmayaraq, bu otelin nömrələri heç vaxt boş qalmır. Bəzi apartamentləri bir neçə ay əvvəldən sifariş etmək lazım gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3762
avatar

Oxşar yazılar