Doğum günündə yazılacaq 30 ən maraqlı mesaj
01 iyul 2024 19:45 (UTC +04:00)

Doğum günündə yazılacaq 30 ən maraqlı mesaj

Özəl günündə sevdiyimiz insanlara gözəl sözlər demək istəyirik. Elə sözlər ki, həmin günü daha da gözəlləşdirsin. Hər zaman deyilənlərdən fərqlənsin, ürəyimizdən keçən duyğulara ayna tutsun. Amma hər kəs romantik sözlər yaza bilmir.

Lent.az bu məsələdə sizə yardımçı olmaq istəyir. Təqdim etdiyimiz təbrik mesajları arasından özünüzə və sevdiyiniz insana ən uyğun olanları seçərək günə gözəllik qata bilərsiniz.

Mənalı, təsirli və romantik bir mesaj seçərək, ona nə qədər dəyər verdiyinizi hiss etdirə bilərsiniz. 

Sizin üçün xüsusi olaraq hazırladığımız xüsusi  ad günü mesajları…

1.Əllərində güllər həmişə açsın, amma tikanları sancmasın. Sevgi səni hər zaman tapsın, amma incitməsin. Ad günün mübarək, əzizim .

2. Nəfəs alırıqsa, hələ də ümid var.  Hər gün yeni bir başlanğıcdır. Doğum gününüzdürsə, bu gün bir arzu tutun. Diləyinizin çin olması üçün mən də dua edəcəm.

3. Bu gecə səmaya baxmağı unutma. Ulduzlar söz verdi, onlar tək sənin üçün parlayacaqlar. Bu gecə sənə hədiyyəm göydəki bütün ulduzlardır. Ad günün mübarək.

4. Yanında olsaydım səni bərk-bərk qucaqlayardım, gözlərindəki parıltının hər yeni yaşda davam etməsini istəyirəm. Ad günün mübarək.

5. Gözlərimin içinə bax, sevincimi anla, bu gün mənim üçün ən gözəl gündür. Çünki mənim üçün doğulan insanın günüdür. Ad günün mübarək, sevgilim.

6. Qoy bu ad günü illərin, yolların yormadığı bir həyatın başlanğıcı olsun, yeni yaşınız yeni uğurlarla gəlsin. Ad gününüz mübarək.

7. Xoşbəxtliyiniz dağ kimi uca, kədərləriniz kibrit kimi kiçik olsun. Ad günün mübarək. Ad günün mübarək.

8. Tortun ətrafında sevdikləriniz, ürəyinizdə sevgi, ətrafınızda arzularınızdakı insanlar olsun. Ad gününüz mübarək.

9. Dedim, deyirəm və həmişə deyəcəm- Səni hər yaşda sevəcəm. Ad günün mübarək, ad günün mübarək, ad günün mübarək.

10. Arzuların əlçatan, pislik uzaq olsun.Çətinə düşəndə unutma, mən varam. Ad günün mübarək.

11. Allah sənə o qədər imkan versin ki, arzularını reallaşdır. Arzularınla imkanların tən olsun. Ad günün mübarək.

12. Bu həyatda bənzərsiz bir gözəllik varsa, o, qəlbdədir! Qoy ömrünüzün qalan hissəsi ürəyinizin gözəlliyi kimi keçsin. Ad günün mübarək.

13. Sevgi sözdə deyil, əməldə olmalıdır, hədiyyələr sözdə deyil, ürəkdən verilməlidir. Sevgimə inanacağın günün ümidi ilə yaşayıram. Ad günün mübarək.

14. Güllər, lalələr, bütün çiçəklər solur. Polad və dəmir qırılır, amma möhkəm dostluq nə solmaz, nə də qırılır. Ad günün mübarək əziz dostum…

15. Bəziləri üçün sevmək ölmək, bəziləri üçün ölmək sevməkdir, amma əsl həqiqət ölənə qədər sevməkdir. Ad günün mübarək, sevdiyim.

16. Bəlkə sevinirsən, bəlkə kədərlənirsən, bəlkə inciyirsən, amma hər duyğu bizi bir az da cilalayır. Kamilləşmən diləyi ilə, ad  günün mübarək.

17. Dost qışın ortasında yayı gətirən, səhranın ortasında suyunu paylaşandır. Sən mənə Tanrının hədiyyəsisən, əziz dostumsan. Ən yaxşı illərin qarşıda olsun. 

18. İçinizdə elə bir ümid daşıyın ki, heç kim onu sizdən almasın. Gözləriniz həmişə gülümsəsin və  insanlar

xoşbəxtliyi sizdə axtarsın. Ad gününüz mübarək, əziz dostum.

19. Səninlə eyni zamanda doğulmaq, səni tanımaq necə də gözəldir. Ad günün mübarək.

20. Tənha vaxtlarımda yanımda yalnız səni arzulayıram, sən zülmətimə doğan işıqsan. Ad günün mübarək.

21. Sən doğulanda yağış yağırdı. Əslində yağış yox, ulduzlar ağlayırdı. Çünki onların arasında ən parlaq ulduz ayrılıb, dünyaya, ömrümə gəldi. Ad günün mübarək.

22. Daha bir il keçdi, amma üzülmə, çünki vaxt tez keçir.Unutma ki, hamı eyni şeydən keçir. Bu ilin sonunda geriyə baxanda  peşmanlığı olmasın. Bütün arzularınızın gerçəkləşməsini arzulayıram..

23. Dünyada bir çox insan var, bəziləri xoşbəxt, bəziləri bədbəxtlər, gülənlər, ağlayanlar, amma hər cür gözəlliyə layiq biri var! O da bu mesajı indi oxuyur.

24. Günəşin donduğu yerdə alov görsən, bil ki, yalnız sənin üçün yanan ürəyimdir. Səni gözlərimdə tuturam, sən mənim göz yaşlarımsan. Qəlbimə həbs etdim, hər döyüntü sənsən. Dilimdə ürəkdən gələn nəğmə, burnumda bənzərsiz qoxu, məndəki fərq, hamısı sənsən. Ad günün mübarək, sevgilim.

25. Sən mənim ən gözəl dualarımdasan və Rəbbimin mənə verdiyi ən xüsusi hədiyyəsən. Yaşama səbəbim, ad günün mübarək.

26. Çatlayan dodağımda bir damla susan, içimdəki həyat həvəsi, ovuclarıma düşən qar dənəciyisən. Sevgilim, sən mənim sevgim, pərəstişim, hər şeyimsən. Ad günün mübarək əzizim.

27. Səni həyatıma verdiyin töhfələrə görə sevirəm. Özümü pis hiss edəndə məni ruhlandırdın, özümü yaxşı hiss etdirdin. Məni güldürdün, sevgini çox şeylə göstərdin. Ad günün mübarək sevgilim və dostum!

28. Yaşlanmaq yeni təcrübələr qazanmaq deməkdir. Bu yeni ildə sizi gözəl təcrübələr gözləsin.

29. Bəlkə də sənin yanında deyiləm, amma bil ki, bu günü ürəyimin ən dərin yerində səninlə qeyd edirəm. Ad günün mübarək.

30. Səni anlatmaq mümkündürmü? Səni necə ifadə edə bilərəm? Varlığın mənə güc verir, sən mənim möcüzəmsən.  ( Ana, Ata, qardaş, bacı, sevgilim, dostum)  Səni çox sevirəm. Ad günün mübarək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar