Xorvatiyadakı zooparkda şirlərin Covid-19-a yoluxduğu məlum olub.
Lent.az-ın xəbərinə görə son günlərdə çox öskürən 2 şirinin müayinəsi zamanı onların koronavirusa yoluxduğu məlum olub.
Araşdırma zamanı onlara xəstəliyin baxıcıdan keçdiyi məlum olub. Zoopark əməkdaşının qulluq göstərdiyi digər heyvanlar da yoxlansalar da onların nəticəsi mənfi olub.
Hazırda şirlərin vəziyyəti normaldır. Zoopark əməkdaşı isə xəstəxanaya yerləşdirilib.