Çəkisi  bir tondan çox   olan balqabaq YETİŞDİRİLDİ
12 oktyabr 2023 18:59 (UTC +04:00)

Çəkisi bir tondan çox olan balqabaq YETİŞDİRİLDİ

43 yaşlı ABŞ sakini nəhəng balqabaq yetişdirərək dünya rekordu qırıb.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Minnesota ştatından olan bağban Travis Ginger Kaliforniyanın Half Moon Bay şəhərində keçirilən nəhəng balqabaq yetişdirilməsi üzrə dünya çempionatında birinci yeri tutub. Balqabağın çəkisi 1,2 min kiloqram olub. O, 2021-ci ildə çempion olan rekord balqabaqdan 21 kiloqram ağırdır.

Amerikalı nəhəng meyvəni amerikalı basketbolçu Maykl Cordanın şərəfinə adlandırıb. O, balqabağa qulluq üçün təxminən 15 min dollar xərcləyib. Çempionatda kişi 30 min dollar və yerli zərgərin hazırladığı üzük qazanıb. Ginger, qazandığı pulu gələnilki müsabiqədə daha böyük balqabaq yetişdirmək üçün istifadə etməyi planlaşdırdığını söyləyib.

Qalib nəhəng balqabaq yetişdirməyə yeniyetmə ikən başlayıb. O, müntəzəm olaraq çempionatlarda iştirak edir və son bir neçə ildə qalib gəlir.

“İnsanların üzündə təbəssüm yaratmaq üçün çalışıram. Mən bura gəlib bu şəhərin bütün sakinlərini görməkdən çox məmnunam”, - bağban deyib.

Gienger holds his two-year-old daughter Lily while looking at his pumpkin on Monday.

huge pumpkins on forklifts

# 3543
avatar

Fidan İlqar

Oxşar yazılar