Bürclər Yeni ildən qabaq  nə etməlidirlər?   - XƏBƏRDARLIQ
09 dekabr 2023 09:09 (UTC +04:00)

Bürclər Yeni ildən qabaq nə etməlidirlər? - XƏBƏRDARLIQ

Yeni ilə bir neçə həftə qalıb. Vacib və zəruri işləriniz varsa, tələsmək lazımdır. İl sonuna qədər onları həyata keçirməlisiniz.

Bu barədə atropsixoloq Valentina Vitt Rok məlumat verib. O, Yeni ildən əvvəl bürc nümayəndələrinin nə etməli olduğunu açıqlayıb. 

Lent.az onları təqdim edir: 

Qoç 

Ulduzlar Qoçlar üçün həm peşəkar, həm də şəxsi səbəblərdən uzaq xarici ölkələrə səyahətə vaxt ayırmağı tövsiyə edir. Hər halda, bu səfərlər uğurlu olacaq. 

Buğa 

Buğalar özlərini peşəkarcasına ən yaxşı tərəfdən necə təqdim edəcəyini düşünməlidir.  Rəhbərləri və işçiləri haqqında xoş təəssürat yaratmaq çox vacibdir və gələcək karyera yüksəlişi bundan asılı olacaq.

Əkizlər 

Əkizlər bürcü üçün ulduzlar ilin sonuna qədər özlərində gözəllik toxunuşları etməyi tövsiyə edirlər. Bu teatrları, muzeyləri və sərgi salonlarını ziyarət etmək üçün əlverişli vaxtdır. 

Xərçəng 

Xərçənglər bütün mövcud fikirləri üzərində ciddi düşünməlidir. Bu təkcə peşəkar deyil, həm də gündəlik, şəxsi məsələlərə aiddir. Yeni şeylər üçün işinizdə ciddi mövqedə durmaq lazımdır. Xərçənglər bunun bəhrəsini 2024-cü ilin ilk ayları görəcəklər. 

Şir

Ulduzlar Şirlətə diqqətlərini şəxsi həyatlarına yönəltməyi məsləhət görürlər. Məhz bu anda sözün əsl mənasında taleyüklü hadisələr baş verə bilər. Bunun üçün düşünüb qərar vermək lazımdır. Onlar hiss etdiklərini dilə gətirməlidirlər. Əks halda onlar sonradan xoşbəxtliyi tapmaq imkanlarında çətinlik çəkə bilərlər. 

Qız 

Qızlar sadəcə təkcə maddi yox, həm də gördükləri işdən zövq alacaq sahədə çalışmalıdır.  İlin sonuna qədər də bu barədə dəqiq qərar verməlidirlər. Həmçinin, Yeni ilə az qalmış çalışıb problemləri çox böyütməmək məsləhətdir. Mənfi enerjiləri atmaq lazımdır. 

Tərəzi 

Tərəzilər il sonuna qədər köhnə, yaxşı dostları ilə şəxsən görüşmək üçün vaxt tapmalıdır. Uzun müddət görmədikləri dostları ilə görüşüb keçmiş günlərdən danışmaq üçün yaxşı zamandır. Çünki eni ildən sonra hər biriniz çox uzaqlara gedə və uzun müddətə görüşməyə bilərsiniz.  

Əqrəb 

Əqrəblər əgər yeni ilə tək girmək istəmirlərsə, enerjilərindən yararlanmalıdırlar və münasibətlərdə addım atmalıdırlar. Əgər düzgün seçim olduğuna inandığınız biri varsa, tələsmək lazımdır. Çünki 2024-cü il bu baxımdan o qədər də əlverişli olmaya bilər. 

Oxatan 

Oxatan üçün əvvəllər başlamış və bu yaxınlarda tamamilə imtina etdikləri yaradıcı layihəni həyata keçirmələri məsləhətdir. Bu halda onlar bayramlar ərəfəsində çox vacib olan yaxşı pul qazanmaqla yanaşı, həm də mənəvi rahatlığı tapacaqlar. 

Oğlaq
 
Oğlaqlar təcili olaraq fiziki hazırlıqlarının qayğısına qalmalıdırlar - idman zalına getməli, sağlam qidalanma prinsiplərinə əməl etməlidirlər, təmiz havada daha çox vaxt keçirməlidirlər. Yeni ili cavanlaşmış və təravətli şəkildə qarşılamaq məsləhətdir. Bu zaman işlər qaydasında gedəcək. 

Dolça 

Səhlənkarlıq və diqqətsizlik ilə xarakterizə olunan Dolçalar sənədlərdə qalan müddətdə işləri qaydasına salmalıdırlar. Bu diqqətsizlik onların işdən çıxarılmasına səbəb ola bilər. Bunun üçün işlərinə qayğı ilə yanaşmalıdır. 

Balıq 

Balıqlar bacarıq və qabiliyyətləri ilə işlərini çox yaxşı həyata keçirə biləcəklərini rəhbərlərinə nümayiş etdirməlidir. Daha sonra cəmi bir ay yarımdan sonra - yeni ilin əvvəlində - onlar tutduqları mövqeyə arxalana biləcəklər. 
 

# 13494
avatar

Sevinc Fərid

Oxşar yazılar