Bu səbəbə görə   itlərin burnuna vurmaq olmaz
29 fevral 2024 15:51 (UTC +04:00)

Bu səbəbə görə itlərin burnuna vurmaq olmaz

Keçmiş məşq üsullarından istifadə edən bəzi ev heyvanları sahibləri, itlərini tərbiyələndirmək üçün burnuna vurduğunu eşitmisiz. Bunun ev heyvanının arzuolunmaz davranışını düzəltməyə kömək edəcəyinə inanılır. Ancaq müasir it sahibləri bunu qətiyyən tövsiyə etmirlər.

Niyə itinizin burnuna vurmamalısınız?

Lent.az xarici KİV-ə istinadən səbəbləri təqdim edir:

Həssaslıq

Mütəxəssislər qeyd edirlər ki, heyvanların anatomik xüsusiyyətləri var: itlərdə, məsələn, burun son dərəcə həssasdır. Hətta kiçik bir toxunuş zədə və son dərəcə ağrılı hisslərə səbəb ola bilər. 

Psixoloji aspektlər

Unutmayın ki, itlərin də öz davranış psixologiyası var. Əgər onu ağrının köməyi ilə "tərbiyə etsəniz", bu cür "təlimin" nəticəsi gözlənilməz ola bilər.

Bəzi heyvanlar inamını itirəcək, passivləşəcək və depressiyaya meylli olacaqlar. Digərləri, əksinə, daha aqressiv davranmağa başlayacaqlar.

# 2745
avatar

Fidan İlqar

Oxşar yazılar