Bu portret  195 milyon dollara   satıldı - FOTO
10 may 2022 07:55 (UTC +04:00)

Bu portret 195 milyon dollara satıldı - FOTO

XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biri Merilin Monronun portreti “Christie's” hərrac evində 195 milyon dollara satıldı.

Lent.az xəbər verir ki, “Sage Blue” adlı əsər Endi Uorhol tərəfindən çəkilib.

Portretin 195 milyon dollara satılması hər hansı bir ABŞ rəssamı tərəfindən hərracda satılan ən bahalı sənət əsəri kimi qiymətləndirilib.
Həmçinin bu satış 20-ci əsrin ən bahalı rəsm əsəri kimi tarixə düşüb.

Daha əvvəl məlumat verilmişdi ki, hərracda satılan portretin gözlənilən dəyəri təxminən 200 milyon dollar qiymətləndirilirdi.

Satışdan əldə olunan gəlirin xeyriyyə işlərinə yönəldilməsi gözlənilir.

“Shot Sage Blue Merilin” Uorholun ikonik əsərlərindən və müasir incəsənətindən biridir. Uorhol əsəri 1962-ci ilin avqustunda Merilin Monronun ölümündən sonra yaradılıb.

# 2565
avatar

Oxşar yazılar