Bu ölkədə qaynana təzə gəlinə 4 il qulluq edir
09 aprel 2024 11:14 (UTC +04:00)

Bu ölkədə qaynana təzə gəlinə 4 il qulluq edir

Lent.az  fərqli mədəniyyətlər, fərqli həyatlar barədə məlumat verir. Cənubi Sudanda Dinka adlanan maraqlı evlilik ənənəsi var.

Kişi evlənəndə arvadı 4 il yemək bişirmir, ev işləri görmür. 

Bu dövr yeni gəlin üçün "Anyuuc" (Səxavətli qarşılama) adlanır. Ər evinə düşən gəlin bu 4 il ərizndə ailənin adət- ənənələrini, xarakterini dərindən öyrənir. Bu müddət ərzində gəlinə ərin anası, bacıları qulluq göstərirlər. Qısası yeni gəlinin 4 illik kraliyyət dövrü başlayır.

4 ildən sonra əri "Təat" adlı böyük məclis təşkil edir və yeni gəlinin evin əsl qadını elan olunması mərasiminə 3 inək və 5 keçi qurban edilir.  Bu 4 il ərzində gəlin ər evini bəyənməsə, ərindən özünə qarşı kobudluq görsə ayrılıb rahatlıqla ata evinə gələ bilər. Yenidən ailə quran həmin qadın dul, boşanmış yox, subay hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5199
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar