Bu ölkədə liderin paltosundan geyinmək  QADAĞAN   edildi
25 noyabr 2021 16:05 (UTC +04:00)

Bu ölkədə liderin paltosundan geyinmək QADAĞAN edildi

0

Şimali Koreyada adi vətəndaşlara ölkənin lideri Kim Çen Inın geyindiyi dəri palto geyinmək qadağan edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkədəki vəziyyətdən xəbərdar olan mənbəyə istinadla məlumat yayılıb. 

Məlumata görə, dəri paltolar şimali koreyalılar arasında 2019-cu ildə dövlət başçısının oxşar geyimdə ictimaiyyət qarşısına çıxmasından sonra populyarlaşıb.

2021-ci ilin yanvarında Kim Çen Inın hərbi paradda bu geyimdə  görünməsindən sonra yenidən populyarlıq zirvəsinə çatıb.

Bundan əlavə, eyni zamanda, Koreya Xalq Demokratik Respublikasının bəzi digər yüksək rütbəli məmurlarının, o cümlədən Şimali Koreya lidernin bacısı Kim Yo Çjonun dəri palto geyindiyi görülüb, bununla əlaqədar olaraq, qadınlar arasında belə modellərə tələbat yaranmağa başlayıb.

Kim Çen Inın dəri paltoda daha bir ictimaiyyət qarşısına çıxışı 2021-ci ilin noyabrında baş tutub.

Kim Çen In

Əvvəlcə bu tendensiya Çindən orijinal dəridən hazırlanmış yağışdan qoruyan paltarları sifariş etməyə imkanı olan yerli zəngin insanlar tərəfindən seçilib. Lakin sonradan Şimali Koreyalı geyim istehsalçıları daha ucuz dəri variantlarını tikməyə başlayıblar. Nəticədə, oxşar modellər adi sakinlərin onları aktiv şəkildə satın aldığı ölkənin bütün bazarlarında meydana çıxıb.

Bütün bunların fonunda Şimali Koreya polisi bazar və mağazalarda ucuz dəri paltarları satan satıcılardan, eləcə də belə paltarda görünən sakinlərdən müsadirə edəcək xüsusi patrul dəstələri yaradıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları öz hərəkətlərini partiyanın mövqeyi ilə izah edirlər. Partiya hesab edir ki, adi vətəndaşların belə saxta geyinməsi Kim Çen Inın imicini ləkələyir və onun nüfuzuna xələl gətirir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2795

Oxşar yazılar