Maun Geter
25 may 2021 05:14 (UTC +04:00)

Maun Geter

Bir ayağı 45 kilo olan model: “Özümü zəif hiss edirdim”

Bir ayağı 45 kiloqram olan qadın qeyri-adi görünüşünə görə vəhşicəsinə tənqid olunduğuna baxmayaraq, özü ilə qürur duyur. 

Lent.az bu dəfə xarici KİV-ə istinadən fil xəstəliyi olan amerikalı modelin həyatı ilə bağlı məlumat verəcək.

Amerikalı Maun Geter limfoztaz (fil xəstəliyi) ilə dünyaya gəlib. Geter böyüdükcə ayağı da böyüyüb və təkcə bir ayağının çəkisi 45 kiloqram olub. Görünüşünə görə gənc qadını tənqid edənlər, ayağını kəsib daha yaxşı görünəcəyini söyləyərək onu ələ salanlar da çox olub. Amma o, “The Sun” qəzetinə müsahibəsində bildirib ki, bütün deyilənləri eşitməməyi və ona qarşı olan davranışların öhdəsindən gəlməyi bacarıb.

Maun Geter

“Mənə cahil şərhlər  yazılırdı. Bir nəfər ayağımın donuz ayağı kimi göründüyünü söyləmişdi. Məktəbdəki bir qız isə mənə deformasiya olunmuş bir fahişə demişdi. Bu amansız insanlarla mübarizə aparmaq çox çətin idi, amma başqa seçimim yox idi. Onlarla bacarmalı idim”.

Özünə qarşı alçaldılmanın uşaqlıqdan başladığını danışan gənc qadın bunun özünəinamına xələl gətirdiyini, ancaq zaman keçdikcə içindəki və xaricindəki gözəlliyinin fərqinə vardığını bildirib. İndi model olan Geter ayağını İnstagram, YouTube və TikTok platformalarında nümayiş etdirməkdən çəkinmir. Gənc qadın deyir ki, onun izləyiciləri çox dəstək olurlar.

Maun Geter

42 yaşlı model deyir ki, ayağındakı bu fərqliliyi hələ körpə olarkən anası görüb. Ayağının müalicəsi olmadığını söyləyən Geter, yalnız fizioterapiya və lenfatik drenaj masajının ayağındakı şişkinliyi azalda biləcəyini deyir.

133 kiloqram ağırlığında və üç bacıdan böyüyü olan Geter uşaqlığı haqda danışarkən bunları deyib:

“Uşaqlıqda heç vaxt özümü gözəl hiss etməmişəm. Tanrının məni lənətlədiyini düşünürdüm. Özümü çirkin və qəribə hiss edirdim. Çox ağlayırdım. Sonradan düşündüm ki, artıq bu mənim taleyimdir.  Belə yaranmışam. Çox güclüyəm və bunun öhdəsindən gələ bilərəm. O vaxtdan bəri özümü olduğu kimi qəbul etməyi və sevməyi  öyrəndim. Fərqli görünüşə sahib olan digər insanlara ilham vermək istəyirəm. İndi həm daxili, həm də xarici gözəlliyim olduğuna inanıram. Bədənimin edə biləcəkləri ilə fəxr edirəm".

Sosial media fenomeninə çevrilən Geter, indi çox vaxtını YouTube kanalı üçün videolar hazırlamaqla keçirir.

Maun Geter

 

# 2991
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Üç bürc tezliklə  inanılmaz şanslı   olacaq

Üç bürc tezliklə inanılmaz şanslı olacaq

23 may 2024 , 09:09
Tarixin ən varlı adamı:   İlk dəfə üzünü göstərdilər -  VİDEO

Tarixin ən varlı adamı: İlk dəfə üzünü göstərdilər - VİDEO

23 may 2024 , 00:16
Həyatda   yatmağı ən çox   sevən BÜRCLƏR

Həyatda yatmağı ən çox sevən BÜRCLƏR

23 may 2024 , 00:02
Hər şeyi  ürəklərindən keçirən   BÜRCLƏR

Hər şeyi ürəklərindən keçirən BÜRCLƏR

22 may 2024 , 18:30
Yuyulandan sonra paltarlar daralırsa,  bunu edin

Yuyulandan sonra paltarlar daralırsa, bunu edin

22 may 2024 , 14:43
Dostluğunuzun  real olduğunu   öyrənməyin 10 YOLU

Dostluğunuzun real olduğunu öyrənməyin 10 YOLU

22 may 2024 , 14:21
Sizə zərər verən işdə çalışmayın – Psixoloqlar

Sizə zərər verən işdə çalışmayın – Psixoloqlar

22 may 2024 , 13:37
İt sahibini niyə yalayır? – 3 SƏBƏB

İt sahibini niyə yalayır? – 3 SƏBƏB

22 may 2024 , 11:58