Bataqlıqlarda dinozavrların yanında yaşayan iri heyvan tapılıb
24 oktyabr 2024 08:18 (UTC +04:00)

Bataqlıqlarda dinozavrların yanında yaşayan iri heyvan tapılıb

ABŞ-ın Kolorado ştatlında dinozavrlar dövründə ştatın bataqlıqlarında yaşadığı ehtimal olunan müşk siçovulu (ondatra) ölçüsündə məməli qalıqları tapılıb.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri “PLoS ONE” jurnalında dərc olunub.

Məqalədə heyvanın 2016-cı ildə tapılan çənə sümüyü və üç azı dişindən təsvir edildiyi bildirilir. “Heleocola piceanus” (bataqlıqların sakini) adlandırılan heyvan təxminən 70-75 milyon il əvvəl Koloradoda yaşayıb.

Bataqlıq sakini dövrün digər məməliləri ilə müqayisədə çox böyük olub. Çünki o dövrdə heyvanların çoxu siçan boyda idi. Onun bitkilər, həşəratlar və ya digər kiçik heyvanlarla qidalandığı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Oxşar yazılar