Bataqlıqda ilişib qalmaq hissindən necə çıxaq? - 8 addım
04 avqust 2025 12:47 (UTC +04:00)

Bataqlıqda ilişib qalmaq hissindən necə çıxaq? - 8 addım

Bəzən elə bir vəziyyət yaranır ki, hər şey sanki "pis deyil", amma eyni zamanda sevinc, enerji və ruh yüksəkliyi də yoxdur. Həyat bozlaşır, yorğunluq, mənasızlıq və daxili boşluq yaranır. Bu emosional tükənmə, daxili motivasiya çatışmazlığı və ya yığılıb qalmış psixoloji yükün nəticəsi ola bilər. Bu haldan çıxmaq vaxt tələb edir, amma praktiki və effektli üsullar mövcuddur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həyat kouçu Vitali Kursik bu vəziyyətdən çıxmaq üçün 8 təsirli tövsiyəni təqdim edir.

1. Problemi etiraf edin

Ən vacib addım  özünüzə dürüstlük göstərməkdir. “Bəli, mən ilişib qalmışam” demək, dəyişikliyə aparan yolun ilk yarısıdır. Əgər özünüzü inandırırsınız ki, “hər şey normaldır”, o zaman heç nə dəyişməyəcək.

2. Hər şeyi öz üzərinizə götürməyin

Yardım istəyin. Dərdinizi dost, psixoloq, həmkar və ya həyat kouçu ilə bölüşün. Bəzən bu “bataqlıqdan” çıxış səmimi bir söhbətlə başlayır. Özünüzə kömək istəməyə icazə verin.

3. İnformasiya səs-küyünü azaldın

Sosial şəbəkələr, xəbər axınları, başqalarının problemləri bütün bunlar enerjinizi hiss olunmadan çəkir. Bir neçə gün rəqəmsal detoks edin. Bu, zehni aydınlaşdıracaq və sizi yüngülləşdirəcək.

4. Bədəninizi qaydaya salın

Bəzən daxili tükənmə bədənin ehtiyaclarının qarşılanmaması ilə bağlıdır: pis yuxu, qeyri-sağlam qidalanma, az hərəkət.

"Əsasları bərpa edin: kifayət qədər yuxu, su, hərəkət və balanslı qidalanma", – deyir Vitali Kursik.

5. Ətrafınızdakı insanlara yenidən baxın

Əgər ətrafınızda olan insanlar sizə mənfi təsir göstərirsə, daim şikayət edir, sizi kiçildir, tənqid edir — demək, həmin “qayığa” daha uzun müddət minmək lazım deyil. Özünüzü dəstəkləyən və ruhlandıran insanlarla əhatə edin.

6. Məqsədsiz bir yenilik edin

Bir yenilik edin, amma nəticə üçün yox, prosesi yaşamaq üçün. Bu rəsm çəkmək, rəqs etmək, bişirmək və ya musiqi aləti öyrənmək ola bilər.

“Kreativ məşğələlər daxili enerjini yenidən hərəkətə gətirir və sevinc hissini qaytarır”, – izah edir ekspert.

7. "Yox" deməyi öyrənin

Bu sizin həyat sükanınız ola bilər. Hər zaman başqalarının gözləntilərinə uyğun yaşamaq sizə uyğun gəlməyə bilər. “Yox” deyin və özünüzə görə yaşamağa başlayın.

8. Özünüzdən soruşun: “Mənə indi ən çox nə lazımdır?”

Bu sualın cavabı böyük dəyişiklik tələb etmir. Ola bilsin ki, bu bir fincan qəhvə, parkda gəzinti və ya sakit bir saatlıq oxu vaxtıdır. Özünüzə bu imkanı verin.

"Dəyişikliklər, sadəcə, özünüzə başqa cür yaşamağa icazə verməklə başlayır", – deyə əlavə edir Kursik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250

Oxşar yazılar