Azərbaycanda varlı adamın nə qədər pulu olmalıdır?
07 iyul 2022 18:32 (UTC +04:00)

Azərbaycanda varlı adamın nə qədər pulu olmalıdır?

Varlı adam kimə deyilir? Bizim ölkədə varlı sayılmaq üçün nələrə sahiblənməlisən və ya nə qədər varidata malik olmalısan?

ABŞ-ın San-Fransisko şəhərində zəngin sayılmaq üçün 5,1 milyon dollar xalis sərvət yetərlidir.  Bu, Amerika şəhərləri içində ən yüksək rəqəmdir. Ölkə üzrə orta göstərici isə 2,2 milyon dollardır.Cənubi Kaliforniyada zəngin hesab olunmaq üçün ən az 3,9 milyon dollarınız olmalıdır. Zəngin  sayılmaq üçün Nyu-York şəhərində 3,4, Vaşinqtonda 3,3, Sietldə isə 3,2 milyon dollara ehtiyacınız olacaq.

Bu rəqəmlər ABŞ vətəndaşları arasında hər il keçirilən sorğunun bu ilki nəticələridir. Bəs, Azərbaycanda zəngin hesab olunmaq üçün nə qədər pulunuz olmalıdır?

Biz də kiçik bir sorğu keçirmək istədik. Bizim insanımız zəngin olmağı necə düşünür? Sosial şəbəkədə  keçirilən sorğunun nəticələrinə əsasən respondentlərin böyük əksəriyyəti  1500 manat maaş almağı zənginlik hesab edir. Maraqlı cavablar var:

“700 manat maaş, günorta naharı müdir verirsə zənginəm”. 

“Günə on manat” mənə bəs edər

“Qardaşım, günə 10 manat nədir, qəfəsdə quş bəsləyirsən? Toyuğam mən?”

“Bizdə Əmək haqqının 1650 manat olması həm şükür etməyə yetər, həm də özünü qismən zəngin hesab etməyə”

“Ən böyük zənginlik qarın toxluğu yox, nəfs toxluğudur !

Həmçinin doğmalarının və özünün sağlığın yerindədirsə demək ki, zənginsən”

“Borcu olmayan insan zəngin insandır”

“Zəng eləyirlərsə deməli zənginsən”

“Məmur olmaq yetərlidir”

“Bizdə banka kreditin və sələm borcun yoxdursa, günə 20 azn maaş ala bilirsənsə zənginsən. Hələ üstəlik Bakıda evin varsa, altında maşının, yanında da arvad-uşaq varsa, Kaliforniya  qələt eləyir” 

“2,2 milyon dollara burda 1 normal obyekt ala bilərsən ki, sənə 20-30 min gəlir gətirsin. Hələ banka qoysan daha az, cəmi 4,5 min aylıq faiz götürə bilərsən” 

“Aya 10 min gəliri olan Azərbaycanda zəngin hesab olunur. 1500 dən yuxarı maaş alan qismən yaşayır, 1000 manatdan az gəliri olan ailələr bir təhər keçinib gedir, 500 dən az alanlar yaşamır, sürünür”.

Bax, belə. Siz necə düşünürsünüz, bizdə zəngin sayılmaq  üçün nə qədər vəsait lazımdı?

# 2574
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar