Aclıqdan leş əti yeyirlər -  QANDONDURAN MƏNZƏRƏ
04 oktyabr 2021 19:41 (UTC +04:00)

Aclıqdan leş əti yeyirlər - QANDONDURAN MƏNZƏRƏ

Braziliyada aclıqdan əziyyət çəkən insanların heyvan cəmdəkləri toplayan yerdə çəkilən fotoları görənləri dəhşətə gətirib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, fotoları çəkən müxbir "İki gündür bu görüntüləri həzm etməyə çalışıram" deyib. Əti gətirən yük maşınının sürücüsü isə "Sümük üçün yalvarırlar" deyərək hər kəsi təəccübləndirib.

Ötən həftə Rioda fotomüxbir Dominqos Peixotonun çəkdiyi görüntülərdə, bir qrup adamın ölü heyvan əti daşıyan yük maşınının dalınca qaçdığı əks olunub.

Yük maşını sürücüsü Xose Divino Santos "Bəzi günlərdə ağlamaq istəyirəm" deyərək baş verənlərdən danışıb.

“Əvvəllər insanlar gəlib itləri üçün sümük parçası istəyirdilər. Bu günlərdə isə həmin sümükləri özləri üçün yemək bişirməyə istəyirlər”.

# 4077
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar