ABŞ prezidentlərinin tətildə əyləncələri
13 noyabr 2021 01:23 (UTC +04:00)

ABŞ prezidentlərinin tətildə əyləncələri

Elit turizm agentliyi “Sienna Charles”ın sahibi Jaklin Sienna İndiya Amerika prezidentlərinin və digər nüfuzlu şəxsiyyətlərin tətil günlərindəki əyləncələrindən danışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 2012-ci ildən bəri onun şirkəti ABŞ-ın 15 prezidenti, baş nazirlər və yüksək vəzifəli şəxsləri üçün 100-dən çox səyahət təşkil edib.

“İstər keçmiş prezident, istər milyarder, istərsə də məşhurdur, hər kəs bir insandır. Onları nəyin hərəkətə gətirdiyini və niyə bu səyahətə çıxdıqlarını başa düşməklə, uğurlu tərəfdaşlıq qura bilərsiniz”, - Sienna İndiya qeyd edib.

Onun fikrincə, fərdi yanaşma, eksklüzivlik, təhlükəsizlik və diqqət dünya liderlərinin səfərlərdən gözlədikləri bir şeydir.

Məsələn, 2015-ci ildə Amerikanın 43-cü prezidenti Corc Buşun Efiopiyada istirahətini təşkil edərkən mütəxəssis dövlət başçısının sevimli komandasının adı yazılmış 100-ə yaxın kepak alıb və onu qarşılayan uşaqlara paylayıb. İş adamının sözlərinə görə, belə bir jest Buşun qəlbinin dərinliyinə toxunub.

Bundan əlavə, heç bir otel onların tələblərinə cavab vermədiyi üçün eks-prezident və xanımı üçün xüsusi olaraq dəbdəbəli düşərgə salınıb.

Sahibkar Misirlə maraqlanan nüfuzlu bir iş adamını da xatırladıb.

Səyahət agenti ona bütün məbəd komplekslərinə girişi təmin edə bilib, həmçinin qədim Luksor şəhərinə eksklüziv ekskursiya təşkil edib. Eyni zamanda, bütün tur Nil boyunca hərəkət edən 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199
avatar

Oxşar yazılar