80 metr dərinlikdə  yerləşən restoran: ziyarətçilərin sayı-hesabı yoxdur
04 fevral 2025 12:11 (UTC +04:00)

80 metr dərinlikdə yerləşən restoran: ziyarətçilərin sayı-hesabı yoxdur

Restoranlar, barlar və kafelər tez-tez yer səviyyəsindən aşağıda zirzəmilərdə qurulur ki, bu da yalnız belə müəssisələrə fayda gətirir. Fin restoratorları qeyri-aktiv mədənlərdən birini iaşə üçün təchiz edərək yerin dərinliyinə getdilər.

Lent.az-ın məlumatına görə, Finlandiyanın Lohja şəhərində yerləşən Muru restoranı ən böyük dərinlikdə yerləşən restoran kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Bu obyekt səksən metr dərinlikdə təchiz edilib.

Sahiblər əmin edirlər ki, müəssisə bütün təhlükəsizlik tələblərinə 100% cavab verir.

Qeyri-adi və təhlükəsiz olması ilə yanaşı, yeraltı yeməkxana çox gözəl görünür.

Buranı ziyarət edənlər fəxr edə bilərlər, çünki restoran dünyanın heç bir müəssisəsinə bənzəmir.

Ancaq etiraf etmək lazımdır ki, restoran yoxsullar üçün deyil. Axı sırf zalda oturmağa görə 150 dollar ödəməlisən.

Arzu edənlər ekskursiya edib 350 metr dərinliyə enə bilərlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077

Oxşar yazılar