Türkiyənin Kütahya rayonunda yerləşən 8 min illik tarixi olan Tavşanlıda yeni arxeoloji qazıntılar zamanı tarixi 3300 illik olan möhür və xəncər tapılıb.
Lent.az Anadolu agentliyinə istinadən xəbər verir ki, sözügedən möhür və xəncər Bilecik Şeyh Edebali Universitetinin alimi Erkan Fidanın rəhbərliyi ilə aparılan qazıntılar zamanı tapılıb.
Bu tarixi əsərlər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin Qazıntılar və araşdırmalar şöbəsinin sosial media hesabında paylaşılıb.
Aparılan digər qazıntılar zamanı yenə yeni arxeoloji tapıntıların aşkarlanması gözlənilir.