Gənc qadın planetin 196 ölkəsini gəzib.
Lent.az xəbər verir ki, Kaliforniya ştatında yaşayan Leksi Alford bu yaxınlarda dünyanın 196 ölkəsini ziyarət edən ən gənc insan olmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Lakin hər şey asan başa gəlməyib. Leksi müxtəlif ölkələrə viza almaq da daxil olmaqla bir çox maneələrlə üzləşməli olub. Venesuela və Pakistan vizası əldə etmək aylar çəkib.
Səyahət həvəskarı olan Leksi deyir ki, dünyanı kəşf etmək həzzini heç nə əvəz edə bilməz.
PS. Təəssüf ki gənc qadının Azərbaycana səyahətinə dair foto tapa bilmədik.