15 şirdə koronavirusun “Delta” ştammı aşkarlandı
27 oktyabr 2021 14:41 (UTC +04:00)

15 şirdə koronavirusun “Delta” ştammı aşkarlandı

ABŞ-da müxtəlif  heyvanxanalarda saxlanılan 15 şirdə koronavirusun “Delta” ştammı aşkarlanıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Kolorado və Yuta ştatlarında yerləşən heyvanxanalarda 15 şirin koronavirus testi müsbət çıxıb.

Şirlərdə öskürək, asqırma və yorğunluq müşahidə edən rəhbərlik onlardan test götürülməsini tələb edib. Onların səhhətinin artıq yaxşı olduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl Hindistandakı heyvanxanada saxlanılan səkkiz Asiya aslanının da COVID-19 testinin müsbət çıxdığı açıqlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10989
avatar

Nigar Adil

Oxşar yazılar