Müğənni Manaf Ağayev
21 oktyabr 2021 17:06 (UTC +04:00)

Müğənni Manaf Ağayev

"Zöhrə ağbirçək arvad idi, nə etmişdi?" - Manaf Ağayev

Müğənni Manaf Ağayev onu tənqid edənlərdən söz açıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Həmin Zaur” verilişində deyib:
“Sənət dostlarımla hava limanında görüşdük, başqa şəhərlərə toya gedirdik. Şəkil çəkdirib paylaşmaq istədim. Mirələm (Mirələm Mirələmov xanəndə - red.) dedi ki, paylaşmayaq. Qulaq asmadım, ağıllı imiş. Bir az keçdi, Mirələm bir şey atdı: biri yazmışdı ki, heç sağ-salamat qayıtmayın.

Əlimi bilirsiz harada üzdüm? Zöhrə Abdullayevanın oğlu öləndə biri yazmışdı ki, yaxşı oldu öldü, sənə bu da azdı, çox özündən deyirdin. Ağbirçək arvad idi, nə etmişdi? İndi biz getmişik, deyir, sağ qayıtmayın.

Buna nə deyim? Çox aqresivdilər. Heç acından öləndə ağlamadım. Öz problemimi özüm yaşıyıram. 1 il 6 ay toy olmadı, siz nə bilirsiniz nə yaşadım? Bütün nəsil üstümdə idi. Bu gün hamıya elə şərh yazılır. Söyülməyən müğənni yoxdur. İçlərində şükürlüsü mənəm”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18180
avatar

Yalçın UĞUR

Oxşar yazılar