"Kara Sevda” serialında “Öndər” obrazını canlandıran Kürşat Alnıaçık yeni mövsümdə olmayacaq.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, aktyor “Diriliş Ertuğrul” serialından aldığı dəvəti qəbul edib və “Kara Sevda” ilə vidalaşıb.
3-cü mövsümünə hazırlaşan “Diriliş Ertuğrul”a daha 10 yeni aktyorun daxil olacağı bildirilir.
Serialın 3-cü mövsümə oktyabrın əvvəlində start verəcəyi gözlənilir.