PSJ və "Sent-Etyen"in futbolçularının evləri qarət olundu
09 iyun 2025 14:37 (UTC +04:00)

PSJ və "Sent-Etyen"in futbolçularının evləri qarət olundu

PSJ-nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya və “Sent-Etyen”in yarımmüdafiəçisi Zuriko Davitaşvilinin Fransanın Kann şəhərindəki evləri qarət edilib.

Lent.az xəbər verir ki, qızıl-zinət əşyaları, çantalar və saatlar oğurlanıb. Oğrular futbolçular və ailələri olmayanda evə soxulublar.

Mayın 31-də Kvaratsxeliya Fransa komandasının tərkibində Çempionlar Liqasının qalibi olub. Final oyununda PSJ "İnter"lə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. 
Gürcü futbolçu qol vuraraq, oyunun 73-cü dəqiqəsində hesabı 4:0-a çatdırıb.

Ümumilikdə, Kvaratsxelia bu mövsüm Paris komandasının heyətində bütün turnirlərdə 25 oyun keçirib, yeddi qol vurub və beş məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246

Oxşar yazılar