Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
09 iyun 2025 15:50 (UTC +04:00)

Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar

Hindistanda bir qadın ana-oğul tərəfindən işgəncələrə və təcavüzə məruz qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, cinayət Qərbi Benqaliyada baş verib. Buna səbəb qadının porno filmə çəkilmək və striptizçi işləməkdən imtina etməsidir. Zərərçəkənin dediyinə görə, kişi və anası prodüser, eləcə də şəhərin nüfuzlu adamları olub. Onlar qeyri-qanuni pornoqrafiya biznesi ilə məşğul olub və qızları tədbirin təşkili şirkətində işləmək adı ilə şirnikləndiriblər.

Qadın onların tələblərini yerinə yetirməkdən imtina etdikdə onu dəmir çubuqla döyüb, ac qoyub, həmçinin dəmir çubuqla zorlayıblar. Yalnız altı aydan sonra qadın əsirlikdən qaça bilib.

Zərərçəkənin ailəsi polisə müraciət edib. Hazırda araşdırma aparılır, lakin şübhəlilər qaçıb və Taylandda gizləniblər.

Hazırda polis şübhəlilərə məxsus evin və onların YouTube kanalının fəaliyyətini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar