Ötən ay paytaxtın tanınmış məkanlarının birində konsert verən Sevda Yahyayeva yaradıcılıq işlərindən danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, son ifa etdiyi “Yanlış adam” adlı bəstə ona uğur gətirib: “Bu mahnı qısa zaman ərzində dinləyici tərəfindən sevilərək qəbul edildi. Hətta mahnıya çəkilən klip “Youtube” sosial şəbəkəsində izlənmə sayı ümumilikdə 500.000-i keçib. Bu son deyil, daha yeni mahnılarım var. Bir müddət sonra dinləyicilərin ixtiyarına verəcəyəm”.
Qeyd edək ki, S.Yahyayeva yeni fotosessiya da etdirib. Müəllifi İlkin Umudovun olduğu fotoları təqdim edirik.