<b>Röyanın keçmiş ərinin bank hesablarından milyonlarla manatı kim çıxarıb?</b> - <span style="color:red;">MƏHKƏMƏ
07 aprel 2016 12:18 (UTC +04:00)

Röyanın keçmiş ərinin bank hesablarından milyonlarla manatı kim çıxarıb? - MƏHKƏMƏ

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov "Bank Standart"ı məhkəməyə verib. Lent.az-ın məlumatına görə, A.Cəlilov bildirib ki, icazəsi olmadan, ondan xəbərsiz bank hesabından külli miqdarda pul çıxarılıb. İş adamı deyib ki, "Bank Standart"da ona və yaxın qohumlarına məxsus bank hesablarından onların razılığı olmadan külli miqdarda (milyonlarla) pul vəsaitinin başqa şəxslərin hesabına köçürülməsi halları baş verib.

 

Onun sözlərinə görə, bu səbəbdən "Bank Standart"da olan hesablarından onların razılığı olmadan kimlərin istifadə etməsi və həmin hesablardan külli miqdarda pul vəsaitlərinin kimlərin hesabına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər və məhkəmə onların tələblərini təmin edib. Ancaq Bakı Apelyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin qətnaməsini əsassız hesab edib və birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271

Oxşar yazılar