Ağstafada yol qəzası olub, 4 nəfər  yaralanıb
10 may 2025 19:49 (UTC +04:00)

Ağstafada yol qəzası olub, 4 nəfər yaralanıb

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 2010-cu il təvəllüdlü Məmməd Nağıyev, 1986-cı il təvəllüdlü Təranə Vəliyeva, 2021-ci il təvəllüdlü Durdanə Vəlizadə və 2012-ci il təvəllüdlü Nuray Nağıyevadır.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar