Nadir Yaşıl Teatrda verəcəyi konsertdən danışdı
31 iyul 2013 18:10 (UTC +04:00)

Nadir Yaşıl Teatrda verəcəyi konsertdən danışdı

Hazırda Türkiyədə istirahətdə olan müğənni Nadir Qafarzadədən xəbər var. Müğənni Lent. az-a bildirib ki, sentyabrın 13-də Yaşıl Teatrda “Sən mələksən” adlı solo - konsert verəcək: “Bu gün təşkilatçı Nahid Emiloğlu ilə danışdım və belə qərara gəldik ki, sentyabrda konsert verim. Bir neçə il bundan öncə baş tutan solo - konsertimi də elə Nahid təşkil etmişdi. Konsert gerçəkləşəcəyi gün nəs günə, yəni 13-nə təsadüf etməyinə baxmayaraq, gecəmə gələn tamaşaçıları xoş sürprizlər gözləyir. Odur ki, gəlməyə dəyər”.

 

 

 

Qeyd edək ki,  biletləri  avqustun 2-dən etibarən əldə etmək olar, qiyməti isə 11- 33 manatdır.

 

 

 

# 677
avatar

Yalçın UĞUR

Oxşar yazılar