Müğənni makiyajçısı tərəfindən döyüldü
22 sentyabr 2016 02:35 (UTC +04:00)

Müğənni makiyajçısı tərəfindən döyüldü

Türk müğənni Tuba Özerk makiyajçısı Dilək tərəfindən döyüldüyünü açıqlayıb.

 

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, 36 yaşlı ifaçı, makiyajçısı ilə arasında mübahisə düşdüyünü və daha sonra davaya çevrildiyini söyləyib.

 

T.Özerk İstanbul Baş Prokurorluğuna müraciət edərək Dilək haqqında şikayətçi olub. Müğənni ərizəsində bunları yazıb: “Makiyajçımla mübahisə etdik, mən də onu işdən çıxardım. Mənə fiziki zorakılıq etdi”.

 

İfaçı deyib ki, Dilək ona təhdid mesajları göndərir: “Bir neçə dəfə mənə “Qorxunun əcələ faydası yoxdur” formasında mesajlar göndərib. Qorxuram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar