Modelimizin çıxışını Bülənt Ərsoy və Türkan Şoray izlədi
27 noyabr 2013 10:34 (UTC +04:00)

Modelimizin çıxışını Bülənt Ərsoy və Türkan Şoray izlədi

“Best Model of the World” yarışmasının münsiflərindən olan Günay Musayeva bu günlərdə Türkiyənin tanınmış dizayneri Yıldırım Mayrukun “2023-ə Hikayələr Mode-on” adlı sərgisinə qatılıb. Lent.az-ın məlumatına görə, İstanbulda baş tutan moda nümayişində podiuma həmyerlimizlə yanaşı, model Çağla Şikel, Pulaş, Sema Şimşek, Yüksel Ak kimi modellər də çıxıb. Həmin tədbirdə Türkiyənin tanınmış sənətçiləri Bülənt Ərsoy, Türkan Şoray, Nebahat Çehre, Turkan Sabanci, Derin Mermerci də iştirak edib.

 

Xatırladaq ki, hazırda G.Musayeva Rusiyanın birinci kanalında yayımlanacaq "Türk tranziti" serialının çəkilişləri üçün Sarayevoya yollanmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749

Oxşar yazılar