Günay Musayeva Aygün Kazımovanın müdafiəsinə qalxdı
26 iyun 2013 17:40 (UTC +04:00)

Günay Musayeva Aygün Kazımovanın müdafiəsinə qalxdı

Türkiyənin tanınmış aktyoru Tolqa Karellə evli olan azərbaycanlı model Günay Musayeva xalq artisti Aygün Kazımovanı müdafiə edib. Lent.az-ın məlumatına görə, tanınmış model sosial şəbəkədə A. Kazımovanın arxasınca danışan adamlardan söz açıb: “Bakıda bəzi insanlar Aygün Kazımovadan nə istəyir, başa düşmürəm. Bu insanın ustünə bu qədər getmək artıq yetər. Bu danılmaz faktdır ki, A. Kazımova Azərbaycan estradasında çox böyük yeniliklər etdi. İllər boyu öz həyatını sənətinə həsr elədi. İndi arxasından danışırlar. Axı bizim insanlar niyə irəliyə gedənlərin ayağından çəkməyə çalışırlar. Bu kin, qısqanclıq, nifrət nəyə lazımdı? Niyə dəstək olmaqdansa gözdən salmağa çalışırıq? Bu, mənə də aiddir. Bu, “Arkandan konuşuluyorsa, sən öndəsin” deməkdir. Ona görə də yazılanları ciddiyə almadığım üçün cavab vermirəm. Qaldı ki, A.Kazımova ilə bağlı yazdıqlarıma, bu xanım 2010-ci ildə “Best Model Azərbaycan” yarışması zamanı canlı efirə bağlanıb, məni dəstəklədi. Bəzilərinin isə iç üzünü acdı və mən o günü unutmadım. Özümə borc bildim ki, həqiqəti yazım. Nə etsə, nə danışsa da Aygün Azərbaycanın superstarıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157

Oxşar yazılar