Elza Seyidcahanı boğmaq istədi - FOTO
13 sentyabr 2013 23:31 (UTC +04:00)

Elza Seyidcahanı boğmaq istədi - FOTO

Əməkdar artist Elza Seyidcahan “Su şousu” adlı konserti zamanı suya yıxılmasından söz açıb. 

Axşam.az-ın məlumatına görə, müğənni “Şou biz” verilişinə açıqlamasında Ramalın onu hovuza itələdiyini deyib: 

“Ramal məni boğmaq istədi. (gülür) Konsertdən sonra tort kəsdik. Ardından Ramal məni suya itələdi. Dedi ki, Elza xanım, o qədər sevincli idim ki, istədim nəsə maraqlı olsun. İnciməyin, bilin ki, böyük işlər etdiniz. Ramal qoymazdı suda boğulum. Qızım qolumdan dartdı, Ramal isə ayaqqabımdan. Orada üzə bilərdim, sadəcə çox həyəcanlandım”

# 1302
avatar

Oxşar yazılar