52 dəfə  plastik əməliyyat   etdirdi: Maykl Ceksonu geridə qoydu
19 aprel 2024 16:44 (UTC +04:00)

52 dəfə plastik əməliyyat etdirdi: Maykl Ceksonu geridə qoydu

Sindi Cekson adlı bu xanım 1988-ci ildən bu yana 52 plastik əməliyyat keçirtdiyi üçün rekordçu olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Sindinin mükəmməllik arzusu Ginnesin Rekordlar Kitabında da dəfələrlə adının çəkilməsinə səbəb olub.

1988-ci ildən bəri Sindi 52 dəfə plastik cərrahın bıçağı altına yatıb. O, tək burnundan 7 dəfə əməliyyat keçirib.

Bundan əlavə, göz qaldırma, yanaqlarda, dodaqlarda, çənə xəttində gərdirmə, doldurma, bədənşəkilləndirmə əməliyyatları  etdirib. Bunlar da azmış kimi xanım Cekson üzünə qalıcı makiyaj proseduru da etdirib.

Deyilənə görə, o əməliyyatların sayına görə mərhum pop kralı Maykl Ceksonu geridə qoyub.

Həkimlər Maykl Ceksonun 30 dəfə estetik əməliyyat keçirdiyini güman edirlər.


 

# 2484
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar