Müğənni Leyla Ramazanlı yeni yaradıcılıq işini təqdim edib. Lentaz-a açıqlama verən ifaçı deyib ki, sözləri Nadoya, musiqisi Pərviz Mahmudova məxsus “Məsafələr” adlı bəstəni lentə aldırıb: “Daim yaradıcılığımla məşğulam. Qalmaqallardan uzaq, sırf yaradıcı işlərimlə gündəmdə olmağı sevirəm. Yeni mahnı yazdırdım. Seviləcəyinə inanıram. Aranjemanını Hakan Erol edib. Mahnı tam hazır olduqdan sonra klip çəkdirməyi də düşünürəm. Düşünürəm ki, yaxşı bir iş ərsəyə gələcək”.