Türkiyə vətəndaşları üstünlük təşkil edir
Döyüşə gedərkən bir, dənizə çıxarkən iki, evlənərkən üç dəfə düşünün. Bu sadəcə ailə haqqında deyilmiş məsəldi. Bu məsəli boş yerə çəkmədik. Lent.az bu dəfə belə bir sorğu keçirmək qərarına gəldi: Azərbaycan şou-biznesində əcnəbi vətəndaşla ailə quran məşhurlarımız kimlərdir? Və məlum oldu ki...onların əksəriyyəti Türkiyə vətəndaşları ilə ailə qurub.
Müğənni İradə İbrahimova 2009-cu ilin aprel ayında Türkiyə vətəndaşı Ceyhun İzərlə ailə qurub. İpək adında 1 qızı var.
ANS-in “Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyeva 2013-ci ilin iyulunda Türkiyə vətəndaşı Cenk adlı hərbiçi ilə ailə qurub.
Aparıcı Esmira Çərkəzqızı da 2009-cu ilin fevralında Bakıda Türkiyə vətəndaşı, hərbçi Tayyar Sayğılı ilə nikaha girib.
Azərbaycanlı model Nuranə Alyasova adını gizli saxladığı Türkiyə vətəndaşına ərə gedib.
Bəstəkar-müğənni Aygün İsmayılova 2013-cü ilin sentyabrında türk vətəndaşı Halukla nikah masasına oturub.
Model Günay Musayeva Türkiyənin tanınmış aktyoru Tolqa Karellə ailə qurub. Bir övladı var.
Müğənni Yeganə Mürsəlova (Akbudak) türkiyəli iş adamı Fatih Akbudakla ailə qurub, elə Türkiyədə də yaşayır. Bir övladı var.
“Eurovison-2011”-in qalibi Nigar Camal kiprli Haluk Camalla ailə qurub. İki qız övladı var: Jasmin və Səidə.
Müğənni Səidə Dadaşova Türkiyə vətəndaşı Səlçuk Gökgözlə sosial şəbəkə vasitəsi ilə tanış olduqdan sonra ailə qurub. S. Dadaşovadan öncə 3 dəfə ailə quran Səlçuk, bu yaxınlarda canlı efirə zəng edərək, “Səidə mənə xəyanət etdiyi üçün boşandıq” söyləyib. Səidə isə cavab olaraq, həyat yoldaşının da ona xəyanət etdiyini bildirib.
Müğənni Elyanə Əhmədova 2013- cü ilin aprel ayında Türkiyə vətəndaşı Mert Arslanla ailə qurub.
”Kristal” qrupunun eks-solisti Lalə Qafarova Türkiyə vətəndaşı, müğənni Nurkan Albertlə ailə qurub. Hazırda cütlük Azərbaycanda yaşayır.
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva ingiltərəli Filipp Neylor ilə ailəlidir. O, 3 övlad anasıdır.
Türkiyədə yaşayan balaban ifaçısı Alixan Səmədov Türkiyəli xanımla nikaha girsə də, boşanıb.
Uzun illərdir ki, Amerikada yaşayan aktrisa Firəngiz Rəhimbəyova amerikalıyla evlidir.
Almaz Ələsgərli də açıqlamasında böyük qızı Mədinənin İsveçrədə əcnəbi vətəndaşla ailə qurduğunu bildirilib.