Xalq artisti Aygün Kazımova növbəti dəfə mətbuata müraciət ünvanlayıb. O, bu dəfə xalq artist Zülfiyə Xanbabayevanın da adını hallandırıb. Xalq artistinin Lent.az-a ünvanladığı məktubu olduğu kimi təqdim edirik: “Ey yalançı dostlar! Efirə çıxıb məsum qız uşağı imicində yalandan xalqın qarşısında təmiz görünmək üçün yetmiş mənalı fikirlər söyləməyin. Zülfiyyə Xanbabayeva, uşaqları öz söhbətlərinizə qatmayın. “Onları təhqir etməyin” kimi müraciətinizi yaxın rəfiqəniz olan Brillianta elə təklikdə də söyləyə bilərdiniz. Çünki o mənim uşağımı sosial şəbəkələrdə təhqir edib. Daha efirə çıxıb xal qazanmaq naminə yox...Bir atalar sözü də var. Dəvəquşu başını salıb kolluğa amma... xəbəri yoxdur. Haqsızlığa baş əyməkdənsə tək qalmaq daha şərəflidir. Mən həmişə tək olmuşam və siz həmişə məni altdan-altdan yıxmağa çalışmısınız. 25 ildir ki, bu sizdə alınmayıb. Heç 25 il keçsə də alınmayacaq. Çünki Allahın ucaltdığı bəndəni ancaq Allah yıxa bilər. Bəndələr kimdir ki?”

Oxşar yazılar

Məşhur fenomenin sevgilisi tərəfindən döyülməsi ilə bağlı HƏBS CƏZASI tələbi
12 avqust 2025 , 10:18
Röya atasını itirdi
11 avqust 2025 , 17:24
Məşhurların qeyri-adi pəhrizləri: Siqaret, qəhvə, su və...
11 avqust 2025 , 13:17
Məşhur aktrisa Türkiyə zəlzələsində əmisini itirdi
11 avqust 2025 , 12:02
Polisin “dayan” əmrinə tabe olmayan Tatlısesin qızı - “Psixologiyam pozuldu”
9 avqust 2025 , 15:56
Günay İbrahimli Şanxaya getdi - VİDEO
9 avqust 2025 , 15:05
Brandon Stone tezliklə Yaban Sea Breeze-də! - Emin Ağalarov anons etdi
8 avqust 2025 , 16:06