Almaz Ələsgərli daha küsülü qalmaq istəmir
09 iyun 2014 12:10 (UTC +04:00)

Almaz Ələsgərli daha küsülü qalmaq istəmir

Əməkdar artist Almaz Ələsgərli şou-biznesdə küsülü olduğu həmkarlarından danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, şou aləmində bir-iki insanla uzun illərdir ki, küsülüdür: “Xaraktercə tez küsəyən insan deyiləm. Amma bəzi həmkarlarım var ki, onlarla salam-sağ olu kəsmişəm. Onlarla yenidən barışmaq barədə onu deyə bilərəm ki, mən kinli bir insan deyiləm. Həmin insanlar məndən yaşca kiçikdirlər. Onlar jest etsələr, addımlarını atsınlar. Mən də onların jestlərini cavabsız qoymaram. Mən hər zaman düzgünlüyün tərəfdarıyam. Mənə qarşı düzgün hərəkət etməyən olanda sadəcə həmin insanla münasibətimi kəsirəm”.

 

 

Qeyd edək ki, A.Ələsgərli şou-biznesdə xalq artisti Aygün Kazımova və əməkdar artist Manana ilə küsülü olduğu deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1432

Oxşar yazılar