Aktrisanın bacısından şok sözlər - <span style="color:red;">QALMAQAL
31 oktyabr 2019 19:05 (UTC +04:00)

Aktrisanın bacısından şok sözlər - QALMAQAL

Türkiyənin tanınmış aktrisası Bergüzar Korel ilə bacısı arasında olan qalmaqal yenidən böyüyüb.
 
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  o qatıldığı proqramların birində bacısı ilə olan münasibətini yenidən gündəmə gətirib.
 
Zeynep Korel aparıcının “Uşaqlıqda bir-biriniz ilə münasibətiniz necə idi?” sualını belə cavablandırıb:
 
“Mən onun dünyaya gəlməsini çox istəyirdim. Doğulduğu andan ona qarşı böyük bir məsuliyyət hiss etmişəm. O, mənə “Kiçik ana" deyirdi. Onu çox sevirdim və həmişə qorumağa çalışırdım. Bergüzar məşhurlaşdıqdan sonra tamamilə fərqli bir insan oldu. Artıq onu tanımıram”.
 
Korel bildirib ki, açıqlamalarından sonra hamının əsl simasını tanıyıb: 
 
"Anam bacımı daha çox sevirmiş. Onlar məni uçurumdan atdılar, sağ ikən öldürdülər. Anam hər yerdə mənə mane oldu. Hətta soruşmadı ki, bunları həqiqətən sənmi demisən? 
 
Ətrafında olan ac göz komandaya icazə verdi ki, şəxsi həyatım haqqında yalan məlumatlar yayılsın. Məni düşünmürdülər, çox sevdikləri 'Korel' soyadına ləkə gələcəyindəmi düşünmədilər? Vicdanları varsa, həqiqətləri danışsınlar".
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103

Oxşar yazılar