Xalq artisti Flora Kərimova müğənni Nadir Qafarzadənin onunla duet oxuyandan sonra məşhurlaşdığını deyib.
Axşam.az-ın məlumatına görə, F.Kərimova “Şoubiz” verilişinə açıqlamasında Nadirin toya 900 manata getdiyini söyləyib:“Nadir mənimlə təzə tanış olanda onu çox tanımırdılar, toylara 900 manata gedirdi. Sonradan duet oxuduq, üzərində ciddi işləməyə başladı. Çalışdı və bugünkü Nadir oldu”.