Xalq artistinin evində toy oldu -FOTO
09 iyun 2022 09:40 (UTC +04:00)

Xalq artistinin evində toy oldu -FOTO

Dünən Xalq artisti aktrisa Həmidə Ömərovanın oğlu Rəhimin toyu olub.

Lent.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov öz şəxsi "Instagram" hesabında paylaşım edib. 

"10 gün əvvəl mənə zəng edərək, titrək səslə müjdəni verdi və "Nurançik, səni Rəhimin toyuna dəvət edirəm". O qədər sevindim ki... Çünki Həmidə xanım bu günü çoxdan gözləyirdi. Hətta deyim ki, Rəhim doğulandan anası ancaq onun toyunu arzu edirdi. Budur, iyun ayının 8-i gəlib çatdı. Xoşbəxtlikdən mən də Almaniyadakı ənənəvi müalicə səfərindən qayıtdım. Duyğularım izahsızdır. Sevincliyəm. Elə bilirəm ki, qardaşımın toyudur" - aparıcı yazıb.

Qeyd edək ki, aktrisanın oğlu Rəhim bəy Zülfiyyə adlı xanımla ailə həyatı qurur. Şəhər restoranlarından birində keçirilib. Məclisdə tanınmış sənət adamları da iştirak ediblər.

Toydan görüntüləri təqdim edirik:


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5730
avatar

Oxşar yazılar