Xalq artisti qızının ad gününü   belə təbrik etdi - FOTO
10 sentyabr 2022 16:08 (UTC +04:00)

Xalq artisti qızının ad gününü belə təbrik etdi - FOTO

Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin doğum gününü qeyd edib. 

Lent.az xəbər verir ki, aktrisa övladının ad gününü yaxınları ilə birlikdə keçirib. Aktrisa qızının 17 yaşı tamam olması ilə bağlı şəxsi “Instagram” səhifəsində paylaşım edib. 

Əsədova paylaşımında "Qızımın doğum günü münasibəti ilə ünvanına göndərdiyiniz saysız təbriklər üçün sizlərə təşəkkür edirəm! Allah övladlarınızı qorusun! Kim nə arzu edibsə mənə, övladıma, gözəl Allahım o insanların qarşısına 10 dəfə artığını çıxartsın. Bir daha hamınıza təşəkkür edirəm. 17 il bir göz qırpımında keçdi. Qızımın xoş günlərini görməyi Allah mənə qismət eləsin. Allahım mənim qızımı və məni sevənin də, sevməyənin də övladlarını qorusun" deyə bildirib. 

Xatırladaq ki, aktrisanın qızı bu il tələbə adını qazanıb. 


 

# 5163
avatar

Oxşar yazılar