Vüsalə Əlizadənin dünyadan köçən qardaşının ƏMANƏTİ  - FOTO
12 fevral 2022 19:56 (UTC +04:00)

Vüsalə Əlizadənin dünyadan köçən qardaşının ƏMANƏTİ - FOTO

Aparıcı Vüsalə Əlizadə qardaşı oğlu ilə birgə şəkillərini sosial şəbəkədəki səhifəsində paylaşıb.

Lent.az-ın məlumatına görə, aparıcı paylaşımına bu sözləri qeyd edib:

"Sənə canım qurban, paxılım. Bibisini bölüşə bilmir. “Diləklə çəkdirdiyin şəkillərdən mənlə də çəkdir”, deyir. Əmr yuxarıdan gəlib, boynum qıldan incə. Gözucu da baxır ki, görsün çəkirlər. Gözümün işığı, qanayan yaramın məlhəmi, əmanətim Rafoşum".

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən il yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6831
avatar

Yalçın UĞUR

Oxşar yazılar