Türkiyəli məşhur aktyor vida mesajı  yazaraq öldü
31 iyul 2024 14:34 (UTC +04:00)

Türkiyəli məşhur aktyor vida mesajı yazaraq öldü

Məşhur türkiyəli teatr və kino aktyoru Genco Erkal vəfat edib.

Lent.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir qan xərçəngi ilə mübarizə aparan Genco Erkal 86 yaşında dünyasını dəyişib.
 
Aktyor işlədiyi Dostlar Teatrının rəsmi sosial media hesabında gecə saatlarında vida mesajı paylaşılıb.

"Əlvida dostlarım, əlvida! Sizi canımda, canımın içində, mübarizəmi isə başımda aparıram. Əlvida, dostlarım mənim... Şəkillərdəki quşlar kimi sahildə düzülüb mənə dəsmal yelləməyin… İstəmərəm.. Tək hecasız əlvida…" - deyə paylaşımda yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar