Tünzalədən   açıq geyimindən danışanlara CAVAB: “Beynində problem var”
20 noyabr 2023 11:31 (UTC +04:00)

Tünzalədən açıq geyimindən danışanlara CAVAB: “Beynində problem var”

Son zamanlar açıq-saçıq geyimlərinə görə daha çox müzakirə olunan Xalq artisti tamaşaçıları maraqlandıran suallara cavab verib.

Lent.az-ın xəbərinə görə, o qatıldığı teleproqramlardan birində müğənniyə geyiminə görə deyil, sənətinə görə qiymət verilməli olduğunu deyib: 

“Geyim tamamən səhnənin ab-havası, obrazı, əlçatmazlığı ifadə edir. Bizdə nədənsə hesab edirik ki, 70-ci illərdə ifaçılar necə idilərsə, elə də olmalıdır. Elə bir şey yoxdur. Qardaş ölkə Türkiyədə elə müğənnilər var ki, biz onlar qədər cəsarətli deyilik, amma tamaşaçı onları çox sevgi ilə qarşılayır. Əgər mən bir səhnəyə çıxıb, qarşımdakı olan publikadan seçilməyəcəyəmsə, siz o müğənniyə baxmayacaqsınız. Əgər bir tamaşaçı bir müğənniyə baxıb qıcıq olursa, o, onun beyninin problemidir. Müğənninin problemi deyil".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22242
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar